“Bakı–Brüssel münasibətləri yeni mərhələyə keçir”
5 Dekabr 22:04
5 Dekabr 22:04
5 Dekabr 21:38
5 Dekabr 15:47
22 İyul 15:16
2 205
Almaniyanın Bavariya əyalətində yaşayış binalarından birində 3 nəfərin meyiti tapılıb. Almaniyada 3 nəfəri öldürdüyü və polisə xəbər verdiyi bildirilən şübhəli nəzarətə götürülüb. Şübhəlinin Almaniyaya ekstradisiyası gözlənilir.
Xalqcebhesi.az xəbər verir ki, Almaniyanın Bavariya polisinin yaydığı açıqlamaya görə, Avstriyanın Linz şəhərində 37 yaşlı bir kişi Almaniyanın Bavariya əyalətinin Zwiesel qəsəbəsində 3 nəfəri öldürdüyünü iddia edərək polisə müraciət edib.
Avstriya və Almaniya polisinin birgə səyindən sonra şübhəlinin ünvanında aparılan axtarış nəticəsində 3 nəfərin cəsədi tapılıb.
Qətl xəbərini verən və nəzarətə alınan şübhəlinin Avstriyadan ekstradisiya ediləcəyi gözlənilir. Deqgendorf Respublika Prokurorluğu və Deqgendorf Cinayət Axtarış Departamentinin işin açılması üçün çalışdığı bildirilir.
Öldürülən 3 nəfərin və şübhəlinin kimlikləri haqqında hələlik məlumat verilmir, həmçinin şübhəli ilə öldürülənlərin bir-birini tanıyıb-tanımadığı və cinayətin səbəbi hələ də məlum deyil.
Məryəm Quliyeva
5 Dekabr 21:21
854
5 Dekabr 21:20
1 050
5 Dekabr 19:04
973