“Putinin Sərkisyanı qəbul etməsi sıradan bir görüşdür” Siyasət

“Putinin Sərkisyanı qəbul etməsi sıradan bir görüşdür”

Elxan Şahinoğlu: "Putin mütəmadi olaraq belə görüşlər keçirir"


"Putinin Sərkisyanı qəbul etməsi sıradan bir görüşdür". Bunu politoloq Elxan Şahinoğlu deyib. O, Putinin mütəmadi olaraq bu cür görüşlər keçirdiyini bildirib: "Bu görüşlə bağlı onu deyə bilərəm ki, Rusiya Prezidenti Vladimir Putinin erməni həmkarına təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcəyini gözləmirəm. Bunu ona görə qeyd edirəm ki, bəzən ictimaiyyətə bu kimi görüşlərdən əvvəl yanlış mesajlar ötürülür. Bu, həmişə olduğu kimi, sıradan bir görüşdür".