BAXCP qəhrəman türk əsgər və zabitlərini anıb Siyasət

BAXCP qəhrəman türk əsgər və zabitlərini anıb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev və partiyanın rəhbərliyinə daxil olan şəxslər Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsinin 99-cu ildönümü ilə əlaqədar Türk Şəhidliyini ziyarət ediblər.
Abidə önünə əklil qoyuluşundan sonra ürək sözlərini dilə gətirən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev 15 sentyabrın Azərbaycanın istiqlal tarixinə qızıl hərflərlə yazıldığını bildirib. Partiya sədri qeyd edib ki, sovet rejiminin repressiya maşını Nuri paşanın və Qafqaz İslam Ordusunun şanlı əsgər və zabitlərinin xatirəsini yaddaşlardan, sevgisini ürəklərdən silə bilməyib. Bizim Azərbaycanı işğaldan, azərbaycanlıları soyqırımına məruz qalmaqdan, tamamilə məhv olmaqdan xilas edən Nuru paşaya, Qafqaz İslam Ordusuna vəfa borcumuz var. Bu borc heç vaxt unudulmamalıdır.