Aİ Rusiyaya qarşı yeni sanksiya paketini müzakirə edir Gündəm

Aİ Rusiyaya qarşı yeni sanksiya paketini müzakirə edir

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi üzrə danışıqlar davam edir.

Xalqcebhesi.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sözçüsü Paula Pinyo deyib.

“Rusiyaya qarşı 19-cu sanksiyalar paketi ilə bağlı danışıqlar hələ də üzv dövlətlər arasında müxtəlif səviyyələrdə davam edir.

Bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen bəyan etmişdi ki, Aİ-nin Rusiyaya qarşı yeni, 19-cu sanksiyalar paketi mayeləşdirilmiş təbii qaza (LNG) qarşı tədbirləri əhatə edəcək.

Məryəm Quliyeva