"Hanukkada törədilən terror aktıdır" Siyasət

"Hanukkada törədilən terror aktıdır"

Аvstraliyadakı yəhudilər bu ölkə əhalisinin cəmi 0,3%-ni təşkil etsələr də (hazırda 100 minə yaxın) onların ictimai siyasi proseslərə təsir imkanları böyükdür, baxmayaraq ki,18-ci əsrin sonundan bəri yəhudilər antisemitizm dalğasının təsiri ilə Britaniyadan bura miqrasiya etməyə məcbur olmuşdular. Anqlo saks kilsəsi katoliklərlə yanaşı iudeylərə qarşı da barışmaz mövqeyi ilə seçilmiş və yəhudilərin Avsraliyaya sürgünə göndərilməsinin sifarişçisi olmuşlar. Bununla belə Britaniyanın yəhudi məsələsinə menasibətdə mövqeyində müşahidə edilən dəyişikliklər sonradan onların yəhudi faktorundan Osmanlı imperiyasını zəiflətmək məqsədilə ərəb siyasi istibleşmentləri ilə
münasibətlərin qurulmasına sövq etmiş, Britaniyanın müstəmləkələrlə iş uzrə nazirliyi yəhudi amilindən yararlanmağı qərara almışdır.

Bunu xalqcebhesi.az-a politoloq Elşən Manafov deyib:

"Avstraliyanın Sidney şəhəri yaxınlığında çimərlikdə yaşanmış hadisələr şübhəsiz ki, terror aktıdır. Hücumun yəhudilər üçün müqəddəs sayılan Hanukka bayramı zamanı həyata keçirilməsinə gəlincə, terror aktını planlaşdıranlar şübhəsiz ki, yəhudilərlə Avstraliya, habelə Britaniya hökuməti ilə münasibətlərdə qarşıdurma və etimasızlığın yaranması və dərinləşməsi istəyində buluna bilərlər. Qərb dövlətləri, habelə Avstraliyadakı islam icması artıq bu hadisələri pisləmiş və onları törədənləri məsuliyyətə cəlb edilməsini tələb etmişlər. Şubhəsiz ki, bəlli dairələr baş verənləri islam fundamentalizmi ilə bağlamağa, terror aksiyalarını hazırda İsraiillə qarşıdurma yaşayan HƏMASla əlaqləndirməyə çalışaraq ona qarşı sanksiyaların gücləndirilməsinə çalışacaqlar. Dolayısı yolla bu terror hadisəsini bəhanə edərək bəlli tərəflər İsrailin Qəzzada törətdiyi çinayətlərə haqq qazandırmaq, ona qarşı təzyiqləri səngitməyə çalışa bilərlər. Hanukka qətlianımda fərqləmiş ata və oğulun (onlar 15 nəfəri qətlə yetiriblər) terror təşkilatları ilə bağlılığını sübut edə biləcək dəlillər hələ ki, polisin verdiyi açıqlamalarda təsdiqini tapmayıb".

Cavid