İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
6 Fevral 21:23
4 977
“Məhkəmə prosesi bir çox məsələləri artıq aşkara çıxarıb və birbaşa Ermənistanı işğalcı dövlət kimi ortaya qoyub”.
Bunu deputat Fazil Mustafanın “Xalqcəbhəsi.az”-a açıqlaması zamanı deyib.
O vurğulayıb ki, separatçıların digər ölkələrlə birbaşa əlaqəsi mümkün olmadığı üçün bütün təchizat və yardımlar Ermənistan vasitəsilə həyata keçirilib:
“Bir çox hallarda Ermənistandan gələn şəxslərin aparıcı rol oynaması bu faktı bir daha təsdiqləyir. Kəlbəcərlə bağlı çıxarılan qətnamədə də açıq şəkildə göstərilib ki, Ermənistan Silahlı Qüvvələrinin müəyyən qolları işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Qarabağ özünü müdafiə qurumu kimi təqdim etsə də, əslində bu qüvvələr Ermənistan ordusunun tərkibində olub. Hərbi planlar Ermənistan Müdafiə Nazirliyində hazırlanıb və müəyyən hallarda maaşlar belə Ermənistan dövləti tərəfindən ödənilib. Bu məhkəmə prosesi Ermənistanın dövlət olaraq rolunu beynəlxalq səviyyədə üzə çıxarmağa imkan verir və Azərbaycan istənilən vaxt beynəlxalq hüquq çərçivəsində Ermənistanın Azərbaycana vurduğu zərərin ödənilməsini tələb edə bilər.
Günel Elxan
20:45
770
17:42
903
16:42
1 064
