Qazaxıstan prezidenti azərbaycanlı ictimai fəala təşəkkür edib Siyasət

Qazaxıstan prezidenti azərbaycanlı ictimai fəala təşəkkür edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev azərbaycanlı ictimai fəal Elmir Şahsuvarova Qazaxıstanın yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumunun hazırlanmasında və keçirilməsində fəal iştirakına görə təşəkkür məktubu göndərib.

Prezidentin təşəkkür məktubunda konstitusiya islahatlarının vətəndaşların hüquq və azadlıqlarının qorunması sistemini əhəmiyyətli dərəcədə gücləndirəcəyini, idarəetmə modelini dəyişdirəcəyini və cəmiyyətin inkişafına güclü təkan verəcəyini qeyd edərək, soydaşımızın biliyini, təcrübəsini və peşəkarlığının ölkəyə xidmət etməyə davam edəcəyini qeyd edib..

Prezidentin təbrik məktubunu Qazaxıstanın keçmiş idman naziri, hazırda Mangistau vilayəti icra hakimiyyətinin birinci müavini Askad Oralov təqdim edib.

Qeyd edək ki, E.Şahsuvarov keçən ilin noyabr ayında Qazaxıstanda məsənnətçiliyin və xeyriyyəçilik fəaliyyətinin inkişafına verdiyi töhfəyə görə Qazaxıstan Xalqları Assambleyasının "Jomart Jan" fərqlənmə nişanı ilə təltif edilib.