13:40
749
İsrail Knessetində edam hökmü qanunu qəbul edilib.
Politoloq Məhəmməd Əsədullazadə deyib ki, bu qanun yalnız ərəblərə şamil olunacaq. Qəbul edilən qanun irqi və milli ayrı-seçkilikdən xəbər verir:
"Qeyd edim ki, İsrailin Konustitusiyasi yoxdur. Ölkə qəbul edilən qanunlarla və Tövrata əsasən idarə edilir.
Bu qanuna əsasən Fələstində həbs edilənlər terrorçu kimi edam oluna biləcək. B. Netanyahu və onun administrasiyası İsraili sivil dövlət sistemindən və ali insan dəyərlərindən çıxarır. İkinci dünya müharibəsində Hitler Almaniyasının yəhudilərə etdiklərini Netanyahu ərəblərə tətbiq edir".
Cavid