Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
31 Mart 14:58
3 801
ABŞ Prezidenti Donald Tramp İranın mülki infrastrukturu, o cümlədən duzsuzlaşdırma qurğularının məhv edilməsi ilə bağlı hədəsini yerinə yetirib-yetirməyəcəyi barədə hələlik yekun qərar verməyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Vaşinqton administrasiyasındakı mənbənin sözlərinə görə, Amerika liderinin İslam Respublikasındakı elektrik stansiyalarını və digər infrastruktur obyektlərini, o cümlədən suyun duzsuzlaşdırılması qurğularını məhv etməyə hazır olması barədə bəyanatları "İranı danışıqlara sövq etmək üçün təzyiq göstərmək" məqsədi daşıyır. Bununla belə, həmin rəsminin versiyasına görə, Amerika lideri hələlik belə zərbələrin endirilməsi barədə "qərar qəbul etməyib" və ABŞ-ın bu müharibədəki hərəkətlərinin "mütənasib olmasını" istəyir. Mənbə iddia edir ki, ABŞ prezidenti "bir neçə həftə əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İranda suyun duzsuzlaşdırılması qurğusuna hücum edəndə qəzəblənib".
Nəşrdə qeyd olunur ki, İranın su təchizatı ilə bağlı obyektlərinə zərbə endirilməsi Amerika lideri üçün "hərbi münaqişə zamanı mülki əhalinin müdafiəsinə yönəlmiş qanun və normaların ən kobud şəkildə pozulması" olardı. Portal vurğulayır ki, ABŞ prezidenti bu normalara qarşı etinasız münasibət nümayiş etdirir.
Məryəm Quliyeva
30 İyun 17:36
1 771
30 İyun 16:28
1 470
30 İyun 16:25
1 533