“Şagirdlərin Maliyyə Mühəndisliyi” qrant layihəsi çərçivəsində keçirilən təlimlər uğurla davam edir Hadisə

“Şagirdlərin Maliyyə Mühəndisliyi” qrant layihəsi çərçivəsində keçirilən təlimlər uğurla davam edir

Layihə çərçivəsində yuxarı sinif şagirdlərinin maliyyə savadlılığının artırılması, iqtisadi düşüncə tərzinin formalaşdırılması və maliyyə qərarlarının düzgün idarə olunması istiqamətində bilik və bacarıqlarının inkişafı məqsədilə xüsusi təlim proqramı tətbiq olunur.

Məlumata görə, şagirdlər təlimlər zamanı pul anlayışı, onun funksiyaları və istifadə sahələri ilə yaxından tanış olur, eyni zamanda gəlir və xərclərin düzgün planlaşdırılması, ehtiyac və istəklərin fərqləndirilməsi kimi mövzularda praktiki fəaliyyətlərə cəlb olunurlar.

Qeyd edək ki, “Şagirdlərin Maliyyə Mühəndisliyi” qrant layihəsi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qaliblərindən biridir və layihə Sarovlu kənd ümumi orta məktəbinin direktoru Günay Qasımovanın rəhbərliyi ilə Goranboy rayonunun dörd kənd məktəbində icra olunur.

Dəliməmmədli şəhər M. Zeynalov adına tam orta məktəb;

H. Cəfərov adına Quşçular kənd tam orta məktəb;

Faxralı kənd Teymur Sadıqov adına tam orta məktəb;

Sarovlu kənd ümumi orta məktəb

Layihənin əsas məqsədi şagirdlərdə maliyyə biliklərini artırmaq, iqtisadi baxış bucağını genişləndirmək və maliyyə qərarvermə bacarıqlarını gücləndirməkdir.