Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib Cəmiyyət

Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib

Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Avtomobil nəqliyyatı haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.

Ölkədaxili sifarişli daşımaların növü olan qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə, eləcə də müntəzəm beynəlxalq və şəhərlərarası (rayonlarası) sərnişin daşımalarına münasibətdə icazənin alınması üçün aşağıdakı icbari sığortaların olmasını təsdiq edən sənədlərin mövcudluğu da tələb olunacaq:

- avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;

- avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası;

- avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta.