31 Mart 11:50
1 946
ABŞ heç vaxt Hörmüz boğazı üzərində nəzarəti bərqərar edə bilməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqari bəyanat verib.
"İslam İranının amerikalı və sionist düşmənlərinin bu strateji səhvi onları alçaltmış və məhv yoluna qoymuşdur. Onlar yanlış düşünürlər ki, informasiya müharibəsi, guya qabaqcıl olan silah və texnikalarının nümayişi, eləcə də ölkənin uşaqlarına, qadınlarına, kişilərinə, alimlərinə və cəsur hərbi komandirlərinə qarşı terror aktları vasitəsilə tarix boyu düşmən qarşısında heç vaxt baş əyməmiş qüdrətli və qürurlu İranı təslim olmağa məcbur edə bilərlər. Onlar Hörmüz boğazı üzərində nəzarəti ələ keçirmək arzularını həyata keçirə bilməyəcəklər, bu arzunu əbədi olaraq dəfn edəcəklər", — deyə "Tasnim" agentliyi onun sözlərindən sitat gətirib.
Məryəm Quliyeva
12:05
1 575
29 May 14:34
1 750
29 May 11:35
1 568