13:25
798
“Hesab edirəm ki, Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin AZAL təyyarəsinin qəzası ilə bağlı kompensasiya məsələsində anlaşmaqları müsbət bir məqam kimi xarakterizə oluna bilər. Gərginlikdənsə, problemlərdənsə anlaşma daha müsbətdir. Yəqin ki, bundan sonra Azərbaycan-Rusiya münasibətləri əvvəlki məcrasına qayıdacaq. Çünki problem kimi görünən məsələ aradan qalmış olur”.
Bunu xalqcebhesi.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
O qeyd edib ki, bizim də əsas tələbimiz kompensasiya məsələsi idi: “Rusiya tərəfi bunu qəbul etdisə və icra edəcəksə bu, müsbət haldır. Biz münasibətləri əvvəlki məcraya qaytara bilərik. Ümid edirəm ki, Rusiya tərəfi bu anlaşmanı tez icra edəcək. Yəni məsələni problemə çevirib uzatmayacaq. Rusiya Cənubi Qafqazda Azərbaycan kimi qonşusunu, hətta müttəfiqini (bizim müttəfiqlik sazişimiz də var), tərəfdaşını itirməməlidir, Azərbaycanı daha çox qazanmağa çalışmalıdır. Belə hadisələrdə də Rusiya tərəfi diqqətli olmalıdır ki, bu cür məsələlər münasibətləri gərginləşdirməsin. Artıq neçə müddət idi ki, bizim münasibətlərimiz gərgin, zədələnmiş formada idi. Bütövlükdə, mən bu qərarın iki ölkə münasibətlərinə müsbət təsir edəcəyinə inanıram”.
Röya İsrafilova
15:38
315
15:24
385
14:56
602