16:29
1 330
İran ABŞ ilə atəşkəs qərarını yekun hesab etmir və "praktiki zəmanətlər" olan kompleks sazişin bağlanmasına çalışır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali bəyanat verib.
"Biz hazırkı atəşkəsi diplomatiya üçün bir fürsət kimi nəzərdən keçiririk, lakin praktiki zəmanətləri olan hərtərəfli saziş bağlanana qədər bunu yekun və davamlı bir vəziyyət hesab etmirik", - deyə o, Moskvada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində beynəlxalq fəaliyyət və regional təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin növbəti raundu zamanı bildirib. Diplomatın çıxışının mətni TASS agentliyinin sərəncamındadır.
Məryəm Quliyeva