11:51
560
“Müharibələr və münaqişələr özləri bir problem yaradırsa, müharibələrdən sonrakı mərhələdə müharibənin qalıqları bəzən daha çox problem yaradır. Azərbaycan üçün faktiki olaraq indiki mərhələdə müharibənin qalığı sayılan partlamamış sursatlar var. Bunların sayı o qədər də çox deyil. Amma minaların sayı kifayət qədər çoxdur”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmməd bildirib.
S.Məmməd qeyd edib ki, minalar bu gün Qarabağ üçün ən böyük problemdir: “Şəhərsalma və digər işlərin görülməsi, hansısa addımların atılması üçün mütləq şəkildə ərazilərin minalardan təmizlənməsi prosesi lazımdır. Amma bunu etmək o qədər də asan məsələ deyil. Təbii ki, Azərbaycanda ANAMA və digər qurumlar faktiki olaraq müəyyən illər, dövrlər göstərirlər ki, hansısa bir dövrdə minaları tamamilə təmizləyəcəklər. Xatırlayırıq, 44 günlük müharibədən öncəki dönəmdə belə 1992-93-cü ildə basdırılmış minalar hələ də zaman-zaman partlayır və insanlara zərər verə bilir. Bu, o deməkdir ki, 44 günlük müharibənin sonundakı qalıqlar daha da uzun vaxt apara bilər”.
Ekspert vurğulayıb ki, minaların təmizlənməsi işini təkcə Azərbaycan görməli deyil: “Ölkəmizlə yanaşı, Azərbaycan xaricdən əlavə şirkətlər, mütəxəssislər cəlb edib prosesi sürətli şəkildə həll edə bilər. Yoxsa bu məsələ uzun zaman bu formada da davam edəcək”.
Röya İsrafilova
12:30
343
12:26
364
21 May 18:53
1 337