22 Avqust 15:31
“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib - YENİLƏNİB
Astarada dənizdə boğulduğu iddia edilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
ABŞ məhkəməsi Trampın 75 ölkəyə qoyduğu viza qadağasını ləğv edib
22 May 11:55
2 548
"Azərbaycan çox böyük yenidənqurma işləri aparır, bütün ölkələr bunu görür”.
Bunu WUF13 çərçivəsində keçirilən “Urbisiddən Dirçəlişə: Azərbaycanın Azad Olunmuş Ərazilərində Dayanıqlı Yenidənqurma, Yenidən Məskunlaşma və İnkişaf” adlı tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, Azərbaycan nümunəsində dağıdılmış şəhərlərin, kəndlərin canlanmasına şahidlik edilir:
“Ağdam və Füzuli sanki silinmişdi. Bizim əsas çətinliyimiz minalar idi. Bu iki region tamamilə minalanmışdı. Bu ərazilərin minadan təmzlənməsi bizim üçün çox vacib idi. Ağdamın 60%-i, Xocavənd rayonunda 15,9%-1, Füzuli rayonunun 77, 28%-i minalardan artıq təmizlənib. Ağdamda 37385, Füzulidə 51640, Xocavənddə 26281 mina və partlamamış hərbi sursat aşkar edilib".
Emin Hüseynov bildirib ki, Böyük Qayıdış prosesi tam sürətlə davam edir: "Artıq 16 magistral yol tikilib istifadəyə verilib, 10 yarımstansiya, 5 su anbarı və 4 əsas qaz boru xətti var. Ağdam, Füzuli və Xocavənddə, ümumilikdə, 3468 ailə, 13697 insan yaşayır. Artıq Ağdam şəhərində, Kəngərli, Xıdırlı, Saraclı və Kəngərli kəndindlərində 7209 nəfər, Füzuli şəhərində 3172 nəfər, Xocavənd şəhərində, Sus, Xanoba, Qırmızı Bazar və Hadrutda 3316 nəfər yaşayır”.
22 Avqust 15:54
700
22 Avqust 15:23
721
22 Avqust 11:07
805
