Müasir Azərbaycanın enerji siyasəti: milli enerji təhlükəsizliyindən qlobal enerji tərəfdaşlığına
Ermənistan Rusiyadan gələn pul köçürmələrinin yarısından çoxunu itirə bilər
Dünya çempionatında iştirak edəcək Azərbaycan güləş millilərinin heyəti bəlli oldu
Ronaldu mükafatlarını əsas gətirərək milli komandadan qadağasının azaldılmasını istədi
22 May 11:09
2 429
“Biz dünyada elə bir sistem qurmalıyıq ki, burada beynəlxalq tərəfdaşların və digər maraqlı tərəflərin iştirakı təmin olunsun”.
APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Aborigen xalqların hüquqları: Müxtəlifliyi ilə bütün aborigen xalqlar üçün adekvat mənzil” adlı sessiyada “Yerli Qadınların Gücləndirilməsi Şəbəkəsi”nin icraçı direktoru Christine Kandine deyib.
O bildirib ki, bu sistem çərçivəsində qadınlar və qadın liderlər dəstəklənməlidir.
Christine Kandine vurğulayıb ki, hazırda bu istiqamətdə müxtəlif təşəbbüslər həyata keçirilir və xüsusilə ən vacib ehtiyaclar və əsas məsələlər diqqət mərkəzində saxlanılır.
“Hökumətlə birgə əməkdaşlıq etməli, yerli qurumları və yerli təşəbbüsləri bu prosesə cəlb etməliyik. Ən aşağı səviyyədə fəaliyyət göstərən qeyri-rəsmi vətəndaş cəmiyyəti qurumlarının iştirakı da vacibdir. Təşkilat olaraq biz yerli icmalarla, o cümlədən qadınlarla, əlilliyi olan şəxslərlə və müxtəlif sosial qruplarla əməkdaşlıq edirik. Məqsədimiz cəmiyyət daxilində yerli liderliyi gücləndirmək və fəaliyyətimizi daha inklüziv şəkildə qurmaqdır”, – o əlavə edib.