Avropa İttifaqı Ermənistanda yeni tərəfdaşlıq missiyasına başladı
UTX Rusiyanın hərbi, logistik və yanacaq obyektlərinə genişmiqyaslı zərbələr endirib
Avropa Birliyi VKontakte-nin sahibi VK-ya qarşı sanksiyalar tətbiq edib
“Bundan sonra sülh danışıqlarının yerini hərbi eskalasiya tutacaq”
Rusiya MN: Sutka ərzində Ukraynanın 12 aviasiya bombası və 926 PUA-sı vurulub
13:24
1 680
Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılışında Azərbaycanın Avropa Şurasından çıxa biləcəyi ilə əlaqəli bəyanatı Avropanın ikili standartlarının üzünə vurulan bir şillədir.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov deyib.
"Azərbaycan uzun illər əməkdaşlıq etdiyi Avropa Şurasından tamamilə çıxmaq barədə qərar verirsə, bu, ilk növbədə ona olan inamının itdiyini göstərir. Azərbaycan dövləti otuz il müddətində işğala məruz qalan ölkə kimi Avropanın boğazdan yuxarı demokratiya, insan hüquqları barəsində danışan parlamentarilərinin saxta təşkilatına bir ümid yeri kimi baxır, milyondan çox qaçqın və köçkünün taleyi barəsində dəstək üçün hansısa addım gözləyirdi. Amma həmin saxta Avropa Şurası Xocalı qəssabı Sarkisyanı öz parlamentində qəhrəman kimi qəbul edib, onu bu işlərə daha da ürəkləndirəndə bəlli oldu ki, bunların əksəriyyəti "Qoca Qitənin" üzdə demokratiya carçıları, əslində isə uşaq və qadın qatilinə əl çalan manyak, varlıqlar imiş" - politoloq deyib.
O, qeyd edib ki, Azərbaycan bu laqeydliyə, etinasızlığa uzun müddət dözdü ki, bəlkə bunların içərisindən normal təfəkkürlü olanları bizə dəstək ola, Azərbaycanın haqq işində dəstək olar. Amma bu, yetmədi. Azərbaycan öz işini özü gördü. Torpaqlarını işğaldan azad etdi. Artıq Azərbaycanın bu mənasız təşkilatda həqiqətən də işi yoxdur. Azərbaycan bu təşkilatı tərk edəcəksə, bundan onlar itirəcək.
Cavid
13:29
658
13:27
1 337
13:00
1 078