Rubio Lavrovla Ukrayna məsələsini müzakirə etmək niyyətindədir
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib
Xarici dil fənləri üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli açıqlanıb
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
13:17
1 239.jpg)
İsrail ABŞ prezidenti Donald Trampın birbaşa xahişi ilə İrana qarşı müharibəyə qoşula bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CNN" telekanalı adı açıqlanmayan İsrail mənbələrinə istinadən məlumat yayıb.
"Vaşinqton hələlik İsrailə Hörmüz boğazındakı bu əməliyyata qoşulmaq xahişi ilə müraciət etməyib. Mənbələrdən biri qeyd edib ki, əgər Tramp zərbələrin miqyasını əhəmiyyətli dərəcədə genişləndirmək qərarına gələrsə və İsraili qoşulmağa çağırarsa, İsrail buna hazır olacaq", — deyə nəşrin məlumatında bildirilir.
Mətndə həmçinin qeyd olunur ki, hazırda Təl-Əviv ABŞ və İran arasında münaqişənin daha da kəskinləşəcəyi təqdirdə operativ planlar hazırlayır, lakin hələlik kənarda qalır və münaqişəyə qoşulmağı planlaşdırmır. Buna baxmayaraq, İsrail Müdafiə Ordusunun (ÇAXAL) rəhbərliyi ölkənin döyüş əməliyyatlarını dərhal bərpa etməyə hazır olduğunu vurğulayır.
Məryəm Quliyeva