16:06
462
"İtkin düşmüş şəxslərin taleyi barədə məlumat ala bilməyən ailələrin yaşadığı ağrı ilə tanış olmaq çox təsirli idi. Onların yaxınlarının başına nə gəldiyini bilməməsi, ailələrin və bütövlükdə icmaların bu vəziyyətdən əziyyət çəkməsi həqiqətən ağırdır".
APA xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində keçirilən IV beynəlxalq konfransın iştirakçısı Britaniya Lordlar Palatasının üzvü Qrem Stüart Bredi Şuşada jurnalistlərə açıqıamsında deyib.
O, bu gün Xocalıda, soyqırımı memorialında olduqlarını qeyd edərək baş vermiş faciə və ağır itkilər haqqında eşitdiklərindən təsirləndiyini bildirib:
“Bura gəlmək isə vəziyyətin daha ümidverici tərəfini görməyə imkan verdi. Şəhərin və icmanın yenidən qurulması istiqamətində görülən işlərlə tanış olduq. Arxamda gördüyünüz yeni məscid kimi binalar tikilir. Məqsəd köçkün ailələrin yenidən Şuşada yaşamasını təmin etməkdir. Bunun üçün evlərlə yanaşı, xəstəxanalar, məktəblər və insanların gündəlik həyatı üçün lazım olan digər obyektlər də inşa edilir”.
16:08
581
16:03
553
15:30
581