İsrail ordusu Qəzzada radikallara və silah anbarlarına zərbələr endirildiyini bildirib Dünya

İsrail ordusu Qəzzada radikallara və silah anbarlarına zərbələr endirildiyini bildirib

İsrail hərbçiləri Qəzza zolağına bir sıra dəqiq nöqtə zərbələri endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hücumlara anklavın müxtəlif rayonlarında yerləşən dörd silah anbarı məruz qalıb. Hərbçilərin məlumatına görə, bu obyektlər "HƏMAS" və "İslam Cihadı" radikal hərəkatlarının silahlı bölmələri tərəfindən istifadə olunub. İsrail ordusundan bildirilib ki, anbarlarda raketlər, əldəqayırma partlayıcı qurğular, minaatanlar, Kalaşnikov avtomatları və digər silah növləri də daxil olmaqla onlarla növ silah saxlanılıb.

Bununla yanaşı, hərbçilər bir neçə dəqiq ləğvetmə əməliyyatı həyata keçirərək, Qəzza şəhərində "İslam Cihadı"nın hərbi qanadının iki üzvünü, o cümlədən raket bölməsinin komandirini, habelə "HƏMAS"ın hərbi strukturu tərkibindəki bölüklərdən birinin komandirini zərərsizləşdiriblər. Ordudan onların hamısının hava zərbələri nəticəsində məhv edildiyi qeyd olunub.

Məryəm Quliyeva