Husilərin zərbəsi "Saudi Aramco" rəhbərliyinin kabinetlərini dağıdıb Dünya

Husilərin zərbəsi "Saudi Aramco" rəhbərliyinin kabinetlərini dağıdıb

Səudiyyə Ərəbistanının dövlət neft şirkətinin qərargahına Yəmənin üsyankar "Ənsar Allah" (husilər) hərəkatı tərəfindən endirilən zərbə nəticəsində "Saudi Aramco"nun baş icraçı direktorunun ofisi və yüksək vəzifəli şəxslərinin kabinetləri dağılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Agentliyin mənbələri hücum nəticəsində xəsarət alanların olmadığını vurğulayıblar.

Məlumat üçün bildirək ki, bundan əvvəl "Reuters" agentliyi "Saudi Aramco"nun Dəhran şəhərindəki binasının husilərin zərbəsi nəticəsində zədələndiyini xəbər vermişdi. Hücumdan sonra başlayan yanğın bir neçə mərtəbəni bürüyüb. Əməkdaşların bir hissəsi məsafədən iş rejiminə keçirilib.

Məryəm Quliyeva