Məsuliyyətli azadlıq: valideyn və müəllimlər harada səhv edir?
14 Oktyabr 23:50
14 Oktyabr 23:50
14 Oktyabr 23:37
10:51
504
Donald Tramp administrasiyası Ukraynanı "Starlink" peyk internetinin fəaliyyətinə qoyulan məhdudiyyətlərlə heç bir əlaqəsinin olmadığına əmin edib, lakin Kiyev bunun Rusiya NEZ-lərinə zərbələrin dayandırılmasına razılıq verilməsi üçün bir xəbərdarlıq olduğundan şübhələnir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" nəşri Ukrayna və ABŞ-dəki mənbələrinə istinadən məlumat yayıb.
Ağ Ev nümayəndələri ukraynalı rəsmilərə bildiriblər ki, "SpaceX" şirkətinə nəzarət etmirlər və nə baş verdiyini aydınlaşdırmaq üçün İlon Maskın şirkəti ilə əlaqə saxlamaq niyyətindədirlər. ABŞ rəsmiləri baş verənləri sistemdəki texniki nasazlıqla izah ediblər.
Çərşənbə günü sistemin fəaliyyəti qismən bərpa olunub.
Xatırladaq ki, Mask isə əksinə, Ukrayna Silahlı Qüvvələri üçün "Starlink" siqnalının məhdudlaşdırılmasının ABŞ hakimiyyətinin göstərişi ilə həyata keçirildiyinə işarə etmişdi.
Bununla belə, Vladimir Zelenski Ukraynanın Rusiya NEZ-lərinə zərbələri bərpa edəcəyini artıq bəyan edib.
Məryəm Quliyeva