“Söyüş layihəsi“nin daha bir çirkin məqsədi ifşa edildi Siyasət

“Söyüş layihəsi“nin daha bir çirkin məqsədi ifşa edildi

Əflatun Amaşov: "Xaricdə yaşayan vətənsevər soydaşlarımızla əlaqələrimizi kifayət qədər gücləndirməklə bizə qarşı çirkin kampaniya aparanlarla mübarizədə daha ciddi nəticələrə nail ola bilərik"

Sosial şəbəkələrdə "söyüş layihəsi" adı altında anti-Azərbaycan kampanyaiasından belə məlum olur ki, Azərbaycan əleyhinə fəaliyyət göstərən "siyasi mühacirlərə" ölkəmizin Avropa İttifaqı ilə, eləcə də dünyanın aparıcı ölkələri ilə münasibətlərinə xələl vurmaq sifarişi verilib. Buna səbəb nədir və prosesin qarşısının alınması istiqamətində hansı addımlar atılmalıdır?
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Azərbaycan əleyhinə fəaliyyət göstərən "siyasi mühacirlər" bu kimi çirkin əməllərilə dövlətimizin xaricdə mövcud olan müsbət imicinə zərbə vurmağı, onu nüfuzdan salmağı düşünürlər: "Xaricdə "söyüş layihəsə" adı altında anti-Azərbaycan kampaniyası aparan qüvvələr bununla bir sıra çirkin məqdəslərə nail olmaq istəyirlər. Onlar bu kimi hərəkətlərilə həmçinin Azərbaycanın Avropa İttifaqı və digər dövlətlərlə münasibətlərinə də xələl gətirməyi qərara alıblar. Yəni, fəaliyyətlərindəki çirkin məqsədlərinin səbbələrindən biri də məhz budur. Azərbaycanın regionda aparıcı güc mərkəzidir. Həmçinin ölkəmiz zəngin təbii sərvətlərə malik ölkədir. Azərbaycan yeraltı və yerüstü sərvətlərə sahibdir. Hhəmin sərvətimizdə də ayrı-ayrı üzdə olan, ancaq özlərini göstərməyən bəzi xarici düşmənlərimizin gözü qalıb. O cümlədən, Azərbaycanın iqtisadi cəhətdən güclənməsi, regionda sözünü deməyə qadir bir ölkəyə çevrilməsi ayrı-ayrı qüvvələri qıcıqlandırdığından, onlar hər vəchlə çalışırlar ki, dövlətimizə ziyan vursun, xələl gətirsinlər.
Azərbaycanda stabillik, əmin-amanlıq hökm sürür. Belə stabil durumu nə Avropa ölkələrində, nə də qonşu ölkələrdə müşahidə edirik. Belə bir məqamda ölkəmizi sevməyən qüvvələr müxtəlif çirkin əməllərə əl atırlar ki, Azərbaycana təsir etsin, onun sərvətlərini mənimsəsinlər. Bu fonda xüsusən də erməni lobbisi ciddi can-fəşanlıq nümayiş etdirir.
Erməni lobbisi Azərbaycanın zəif olması, onun orta əsrlərin geridə qalmış dövləti kimi təqdim olunmasına çalışır ki, bununla da Dağlıq Qarabağ məsələsini asanlıqla həll edə bilsinlər. Bu fonda onlar həmçinin çalışırlar ki, Azərbaycanın Avropa İttifaqı ölkələrilə də münasibətlərinə xələl gətirsinlər. Belədə Avropa İttifaqı ilə bağlanması gözlənilən müqavilə ərəfəsində ölkəmizin mövqelərinin zəiflədilməsinə səy göstərirlər. Nəticədə çalışırlar ki, dünya ictimaiyyətinin gözündə Azərbaycanı gözdən salsınlar. Təəssüf ki, xaricə mühacir adı ilə gedən bəzi həmvətənlərimiz də həmin prosesdə iştirak etməklə onların əlində oyuncağa çevriliblər. Özü də bəziləri bu prosesə bilərəkdən, digərləri də bilməyərəkdən qoşulurlar. Bu da çox təəssüf doğurur".
Həmsöhbətimizin fikrincə, anti-Azərbaycan kampaniyasına qoşulan və "söyüş layihəsi" çərçivəsində fəaliyyət göstərənlərə qarşı daha effektiv mübarizə aparmaq üçün xaricdəki dövlətimizi sevən soydaşlarımızla əlaqələrimizi daha da güclənidrməliyik: "Azərbaycanın dünya dövlətlərilə əlaqələrinə kölgə salmaq, bu münasibətlərə xələl gətirmək istəyənlərə qarşı bir sıra müəyyən addımlar atılır. Bu yaxınlarda ölkə ziyalıları anti-Azərbaycan kampaniyası aparan həmin çirkin qüvvələrə qarşı tədbir keçirdi. Media rəhbərləri, media siyasəti bu istiqamətdə öz mövqeyini ortaya qoydu. Bildiyiniz kimi, müxtəlif ölkələrdə xeyli sayda soydaşımız yaşayır. Xaricdə yaşamalarına baxmayaraq, Azərbaycanla nəfəs alır, onun problemlərindən narahat olur, uğurlarına sevinir, ölkəmizlə bağlı məsələləri əcnəbilərə çatdırır, tariximizi, təbliğ edirlər. Məhz xaricdə yaşayan bu soydaşlarımızla əlaqələrimizi kifayət qədər möhkəmlənidrməklə dövlətimizə qarşı çirkin kampaniya aparanlarla mübarizədə daha ciddi nəticələrə nail ola bilərik".