“Almatıda Azərbaycan Tarixi və Mədəniyyəti Mərkəzinin açılması xalqların yaxınlaşmasına müsbət təsir edəcək” Siyasət

“Almatıda Azərbaycan Tarixi və Mədəniyyəti Mərkəzinin açılması xalqların yaxınlaşmasına müsbət təsir edəcək”

Almatıda Azərbaycan Tarixi və Mədəniyyəti Mərkəzinin açılması Qazaxıstan və Azərbaycan xalqlarının yaxınlaşmasına və elmi biliklərin mübadiləsinə müsbət təsir göstərəcək.
Bunu Almatı akimi Bauırjan Baybeklə görüşü zamanı Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov deyib.
Ə.Həsənov qeyd edib: "Biz artıq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasnını 95 illiyinə həsr olunmuş bir neçə konfrans keçirmişik. Bu dəstək dövlətlərimiz arasındakı dostluq və qardaşlıq münasibətlərini əks etdirir".
Görüş zamanı tərəflər ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin möhkəmlənməsi məsələlərini müzakirə ediblər.
İkitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan tərəfi Almatı və Gəncəni qardaşlaşmış şəhərlərə çevirməyi, eləcə də meqapolisdə Azərbaycan Ticarət Evinin açılması məsələsini nəzərdən keçirməyi təklif edib.