“Ordumuz düşmənə layiqli cavab verməyə hazırdır” Siyasət

Biz dünyanın ən nüfuzlu silah istehsalçısı olan ölkələrindən müasir silah-sursat, hərbi texnikalar alırıq. Bunun nəticəsidir ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin arsenalında ən yeni silah-sursat və hərbi texnikalar var. Eyni zamanda, müasir hava hücumundan müdafiə, radar və rabitə sistemlərimiz mövcuddur. Malik olduğumuz silah-sursat bütün qoşun növlərimizi təmin etmək imkanındadır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından sonra bu sahədə işlər daha sistemli aparılmağa başlanılıb. Gənclərin hərbi xidmətə hazırlıq işi yüksək səviyyədə aparılır. Bu məqsədlə snayper, desant, atıcı, sürücü, rabitəçi kursları təşkil olunaraq gənclərin hərbi xidmətə hazırlığı təşkil olunur.
Ordu döyüşü, dövlət isə ümumilikdə müharibəni aparır. Dövlətin media, qeyri-hökumət təşkilatları, ayrı-ayrı nazirliklər, dövlət xidmətləri ilə qurduğu iş onu deməyə əsas verir ki, 2-5 aprel hadisələrindən Azərbaycan dövləti, xalqı və ordusu alnıaçıq çıxdı. Hər kəsə bir daha bəlli oldu ki, Silahlı Qüvvələrimiz qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Torpaqlarımızı işğaldan azad etmək üçün ordumuza çox qısa bir müddət də kifayətdir".
E.Həsənli əlavə edib ki, Azərbaycan bu il xeyli hərbi təlimlər keçirib, hərbi birləşmələrdə, hərbi hissələrdə bu təlimlər davam edir: "Silahlı Qüvvələrin döyüş hazırlığı yüksəldilib. Silahlı Qüvvələrdə xidmət edən zabitlərin mənəvi-psixoloji hazırlığı çox yaxşı durumdadır və keçirilən hərbi təlimlər də bunu göstərdi".
5 İyun 2018 14:29
1 183
Xəbər lenti
























































