"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampa Donbasda referendum keçirməsi barədə "Bloomberg" agentliyinin yaydığı xəbəri şərh edib.
"Bu təklif görüşdən sonra prezidentlərin mətbuat konfransında ona görə səsləndirilməyib ki, Putin Trampa təklifi rahat dəyərləndirmək üçün vaxt qazandırmaq istəyib. Putin bu təkliflə Trampı tələyə salmaq istəyib. Böyük ehtimalla Putin təklfini belə əsaslandırıb: "Demirsiz ki, hər yerdə demokratiya vacibdir, qoy Donbass sakinləri özləri müəyyənləşdirsinlər ki, Ukraynanın tərkibində qalmaq istəyirlər, yoxsa müstəqilliyə üstünük verirlər" -deyə Elxan Şahinoğlu qeyd edib.
Politoloq sual edir: "Bundan sonra necə demək olar ki, Putin Ermənistanın baş naziri Nikol Paşinyana təzyiq edib Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldılmasını sürətləndirəcək. Donbas üçün Trampa "referendum" təklifini verən şəxs Dağlıq Qarabağ üçün niyə fərqli mövqedən çıxış etməlidir? Putin referendum fikrini səsləndirməklə Paşinyana yaxşı pas vermiş oldu. Ona görə, hətta başqa məkan üçün "separatçılar referendum keçirə bilərlər" fəlsəfəsindən çıxış edən istənilən yanaşma bizim üçün zərərlidir".