“Paşinyan xarici investisiyaları ölkəyə cəlb etməklə iqtisadiyyatı qaldırmaq istəyir” Siyasət

“Paşinyan xarici investisiyaları ölkəyə cəlb etməklə iqtisadiyyatı qaldırmaq istəyir”

Qabil Hüseyinli: "Bu isə uğursuzluqla nəticələnir"

"Bu gün Ermənistan səfalət içərisində yaşayır. Bu mənada işğalçı ölkədə Frankafoniya sammitinin keçirilməsi ağlabatan deyil". Bunu politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Ermənistan xalqı özü də etiraf edir ki, ölkə böhran vəziyyətindədir: "Zənnimcə bu sammitin keçirilməsi əsasən inkişaf etməkdə olan ölkələrin post-sovet məkanına yardım kampaniyası ilə məşğul olan təşkilatların işidir. Təbii ki, belə bir sammitin keçirilməsi də erməni lobbisinin fəal təşviqatları nəticəsində mümkün olur. Paşinyan xarici investisiyaları ölkəyə cəlb etməklə iqtisadiyyatı qaldırmaq istəyir. Bu isə uğursuzluqla nəticələnir. Ona görə də bir sammiti keçirməklə yəqin xarici investisiyaların Ermənistana cəlb edilməsi məsələsi daha da populyarlaşdırmaq və xarici investisiyaları ölkəyə nəyin bahasına olursa-olsun gətirmək istəyindən doğur. Frankfoniyanın əsasında Fransiz dili amili durur. Amma Ermənistanı heç bir halda fransız dilli ölkə adlandırmaq olmaz. Ermənistan bir ölkə olaraq, hazırda səfalət içərisində yaşayır. Sıravi erməni vətəndaşlar ailələrini dolandırmaq üçün xarici ölkələrə üz tutur, oralarda nökərçilik edirlər. Ermənistan dövləti isə xarici ianələr hesabına mövcudluğunu davam etdirir. Belə bir vaxtda bu qədər xarici qonağı qəbul etməyə Ermənistanın nə maddi imkanı, nə də logistik şəraiti var. Nümayəndə heyətlərini qarşılamaq üçün xüsusi avtomobillər, həmçinin qonaqların yerləşdirilməsi üçün mehmanxana belə tapılmır".