
Məhəmməd Əsədullazadə: "Seçicilər Qrioqol Vaşadzeyə səs verərcək"
Gürcüstanda prezident seçkiləri keçirilib. Ekspertlərin qiymətləndirməsinə və sosioloji sorğuların nəticələrinə əsasən, əsas mübarizə üç namizəd - keçmiş xarici işlər naziri Salome Zurabişvili, "Güc və Birlik" müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedəcək.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Gürcüstanda keçirilən prezident seçkiləri Azərbaycanı yaxından maraqlandırmaya bilməz. Onun sözlərinə görə, çünki, bu ölkə ilə ikitərəfli və strateji əlaqələrə malikik: "Həmçinin Gürcüstanda yaşayan soyadaşlarımız baxımından bu seçkilər bizim üçün həlledici faktordur. Qeyd edim ki, Gürcüstanda prezidentin səlahiyyətləri geniş olmasına baxmayaraq, bu seçkilər ölkədə bir daha demokratiyanın indeksini hansı vəziyyətdə olduğuna və ölkə əhalisinin hansı siyasi qüvvəni dəstəkləyəcəyinə aydınlıq gətirəcək". Politoloq deyib ki, Bidzina İvanaşvilinin kölgəsi altnda olan indiki hakimiyyətdən xalq xeyli narazıdır: "Bu illər ərzində demokratiyada gerilik, işsizlik və digər sosial probelmlər dərinləşib. Bundan əlavə, "Gürcü Arzusu" Partiyası Gürcüstanda yaşayan qeyri-gürcülərə qarşı ayrı-seçkilik siyasətinə yol verir. Bu kimi probelmlər fonunda gürcü xalqının hakim partiyanı və onun namizədini dəstəkləməsi mümkün deyil. Xalq artıq, Saakaşvili dövrünü nostalji hisslərlə xatırlayır, yenidən Saakaşvilinin hakimiyyətə qayıtmasının arzusundadır".
Məhəmməd Əsədullazadə bildirib ki, bu seçkilər, siyasi pərdə arxasında Mixail Saakaşvili və Bidzina İvanaşvili arasında keçirilir: "Seçkidə kütləvilik olmasına baxmayaraq, əhali müxalifıətin namizədini üstün tutub. Seçicilərin aktivliyinin az olması, əsasən prezidentin geniş səlahiyyətlərə malik olmamasında irəli gəlir. Ötən günki seçkilərdə hakim partiyanın dəstəklədiyi müstəqil namizəd olan xanım Salomi Zurabişvilinin seçkinin ilk turunda qalib gəlməsi gözlənilmirdi. Seçkilərdə Mixalil Saakaşvilinin də dəstəklədiyi "Güc Birlikdədir" koalisiyasının namizədi Qriqol Vaşadze, hakim partiyanın dəstək verdiyi Salome Zurabişvilidən 1 faiz az səs toplayıb. Bu onu göstərir ki, xalq müxalifəti dəstəkləyir. Bu kiçik fərqin olması onu deməyə əsas verir ki, hakim partiya inzibati resurslarla Salomiyə dəstək verib".
Politoloqun sözlərinə görə, seçkinin ikinci turunda saxtakarlıq olmasa, seçicilər Qrioqol Vaşadzeyə səs verərcək: "Hakim partiya çalışacaq ki, saxtakralığa getsin, xanım namizədi prezident elan etsin. Belə olan təqdirdə, Tiflisdə yenidən etirazların qalxmasına səbəb ola bilər. Əgər, demokratik seçkilər keçirilib, müxalifət qalib gələrsə, növbəti parlament seçkiərində İvanaşvili məğlub olmaqla, onun Gürcüstandakı siyasi hakimiyyətinə son qoyular və ölkədə yenidən Saakaşvili dönəmi başlaya bilər". Məhəmməd Əsədullazadə hesab edir ki, Gürcüstanda siyasi proseslər xalqdan aslıdır: "Xalq bunu istəsə, real dəstək versə, dəyişikliklər mümkündü. Amma Bidzina İvanaşvili asanlıqla, hakimiyyətdən geri çəkilib, yenidən Saakaşvilinin hakimiyyətinə yaşıl işıq yandırmasına imkan verməməyə çalışacaq. Saakaşvili hakimiyyətinnin sonunda siyasi səhv edib, Bidzina İvanaşviliyə yol açıb, öz siyasi fiaskosunu gətirdi. İvanaşvili Saakaşvilinin Gürcüstana yolun açmaqla, öz siyasi sonunu gətirməməyə çalışacaq. Gürcüstanda müxalifət qalib gələrsə, Azərbaycanala strateji tərəfdaşlıq yüksək səviyyədə olacaq, Gürcüstanda yaşayan tarixi azərbaycanlılara qarşı siyasət müsbətə doğru dəyişəcək. Hazırda Gürcüstan azərbaycanlıları müxalif namizədə səs veriblər. İkinci turda da Saakaşvilinin dəstəklədiyi namizədə səs verəcəklər".