“Xarici işlər nazirləri dekabrda görüşəcəklər“ Siyasət

“Xarici işlər nazirləri dekabrda görüşəcəklər“

"Bakı ilə Yerevan Dağlıq Qarabağmünaqişəsinin həllinə dair ən yüksək səviyyədə dialoqu davam etdirmək üçün prinsipial iradəyə malikdir".
Bunu jurnalistlərə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.
"Ümidvarıq ki, gələn ay iki ölkənin xarici işlər nazirləri arasında görüş keçiriləcək. Həmin görüşdə problemin həlli üzrə başlıca məsələlər, həmçinin cari vəziyyətin inkişafına, iki ölkə rəhbəri arasında münasibətlərin necə qurulacağına dair görüləcək etimad tədbirləri müzakirə olunacaq. Prinsipial məsələ odur ki, ən yüksək səviyyədə dialoqu davam etdirmək iradəsi var", – rusiyalı diplomat vurğulayıb.
Xatırladaq ki, daha əvvəl ATƏT-in Baş katibi Tomas Qreminger Dağlıq Qarabağ münaqişəsinin ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Milan görüşündə müzakirə olunacağının nəzərdə tutulduğunu bildirmişdi.