Ermənilər Ağdərədə SES tikir Siyasət

Ermənilər Ağdərədə SES tikir

Avropalı investorlar Azərbaycanın işğal altındakı Sərsəng su anbarı yaxınlığında tikiləcək yeni anbar üçün 100 milyon dollar pul ayırıb.
Bu haqda Qarabağ separatçılarının nümayəndəsi Araik Arutyunyan məlumat verib.
100 milyon dəyərində olan proqramın icrasının tezliklə başlayacağını bildirən Arutyunyan qeyd edib ki, nəzərdə tutulmuş anbar Sərsəngin sağ sahilində qurulacaq.
O, bu barədə razılaşmanın Avropaya səfəri zamanı əldə edildiyini də diqqətə çatdırıb.
Arutyunyanın sözlərinə görə, tikinti işləri bir neçə il davam edəcək, bu su anbarı Ağdərə (Martakert) rayonunun mərkəzini içməli su ilə təmin edəcək: "Bu günlərdə avropalı sərmayədarlardan ibarət nümayəndə heyəti Qarabağda proqramın texniki detalları və onun icrasının vaxtını müzakirə edirlər".
Qeyd edək ki, investisiya layihəsi həmçinin işğal altındakı Qarabağda yeni elektrik stansiyasının tikintisini də nəzərdə tutur.