Qrantyeyənlərin özünüifşası Siyasət

Qrantyeyənlərin özünüifşası

Ölkəmizi gözdən salmaq üçün çirkin kampaniyalar aparan sosial şəbəkə "qəhrəmanları" çox keçmədi ki, özlərini ifşa etdilər. Doğrudur, bu gözlənilirdi. Həmin bir ovuc söyüşcül radikalın kimə və hansı niyyətlə işlədiyini təsəvvür etmək çətin deyildi. Bu barədə dəfələrlə yazıb, həmin yaramazları cəmiyyətə tanıtmağa çalışmışıq. Amma indi biz yox, onlar özləri bir-birilərinin paxırlarını açırlar.
Xaricdən idarə olunan söyüş müxalifətinin bloggeri Tural Sadıqlı "Facebook" statusunda onunla dostluq edən Məhəmməd Mirzəlinin naxələf çıxdığını yazıb. Bildirib ki, bir vaxtlar çörək kəsdiyi, qardaş deyib qrant yediyi Məhəmməd onun "Youtube" kanalının bağlanması üçün çoxsaylı şikayətlər edib. Səbəbini isə açıqlamayıb. Məlum paylaşımdan sonra "əqidədaşlar"ın üfunət qoxuyan qırğını başlayıb.
Gününü Fransada tualetlərdə canlı yayım etməklə keçirən, "burada pılsızdır ee, pılsız.." deyib Azərbaycanı ələ salan Mirzəlinin cavabından məlum olub ki, Tural Sadıqlı ona çatacaq qrantı mənimsəyib. Əli qrantdan çıxan Məhəmməd çarəni "Azad söz" kanalını şikayət etməkdə görüb. Bu səbəbdən araları dəyib, maskaları cırılıb. Dostluqları uzun sürməyən bloggerlər nəticədə qatı düşmənə çevriliblər.
Danışıq tərzi ilə küçə uşaqlarından seçilməyən savadsız blogger ötən gün isə canlı yayıma çıxaraq Sadıqlının "Xalq layihəsi" adı ilə yığdığı pullardan, Qərb təşkilatlarından aldığı 10 minlərlə avroluq qrantlardan danışıb. Həmin pulların necə yeyilməsinin "sirrlərini" açıb. Etiraf edib ki, Sadıqlı sosial şəbəkədə apardığı "Xalq layihəsi"nə yığılan puldan ona heç nə verməyib, hamısını özünə götürüb.
"Qrant təşkilatından pul gəlmişdi. Tural mənə dedi ki, pul cüzi miqdardadır. Bu puldan sənə ancaq 300 avro düşür. Ayrılan qrantın hesabatını isə mənə vermədi. Üstündən 2 ay keçdikdən sonra "Xalq layihəsi"ndən yığılan 1000 avronun payıma düşən hissəsini istədim. Cavabında dedi ki, pul əriyib və sənə 100 avro pul göndərə bilərəm. Amma hər hansı bir təşkilatın ayırdığı qrantın məbləği 70-80 min avrodur. Bunu ona görə verir ki, yaxşı gələcəyin üçün işlər görəsən".
Bundan əlavə, Məhəmməd Mirzəli Tural Sadıqlının Avropada saxta mühacir biznesi ilə məşğul olduğunu, bununla bağlı telefonunda səs yazılarını saxladığını deyib. Bildirib ki, onda Tural Sadıqlı barədə renozans doğuracaq məlumatlar var, hələlik bunları üzə çıxarmaq istəmir.
Göründüyü kimi, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Orduxan Temirxan, Emin Milli kimi anti-Azərbaycan kampaniyasının üzvlərini yalnız bir dəyər biləşdirir - Qrant. Onlar üçün pul hər şeydən üstündür - Ailədən də, vətəndən də... Şübhə yox ki, qrant davası hələ çoxunun əsl simasını üzə çıxaracaq.