“Basqın edən ermənilər kənardan idarə olunurlar“ Siyasət

“Basqın edən ermənilər kənardan idarə olunurlar“

"Bu insanlar kənardan idarə olunurlar. Onların 1992-cı ildə Xocalıda baş verənlərdən heç bir xəbərləri yoxdur. Əgər bu gənclər əsl reallıqları bilsəydilər belə hərəkətlər etməzdilər".
Bunu "Report"un Qərbi Avropa bürosuna açıqlamasında fransalı vəkil Jan-İv Feltes deyib.
Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən tədbirin keçirilməsinə mane olmaq üçün San-Östaş (Saint-Eustache) kilsəsinə basqın etmiş 20 nəfər təxribaçı erməninin hərəkətlərinə münasibət bildirən vəkil vurğulayıb ki, kilsədə belə hərəkətlər etmək yolverilməzdir: "Kilsədə belə hərəkətlərə yol vermək sadəcə acınacaqlıdır. Xüsusilə, ermənilər xristian olduqları halda kilsəyə girib, Allahın evində bu qədər hörmətsiz hərəkətlərə yol verməməməlidirlər".
Jan-İv Feltes bildirib ki, şəxsən özü bu təxribat xarakterli hərəkətlərə uymayıb: "Xocalı qurbanlarının xatirəsini anmaq üçün bu gün bu tədbirə gəlmiş fransalılar Azərbaycan xalqını, qurbanların ailələrini dəstəkləyirlər, bu çətin gündə onlarla birlikdədirlər. Mən özüm şəxsən bu təxribatçılara yerimdən tərpənməməklə passiv müqavimət göstərdim".
Xatırladaq ki, 20 nəfər ermənidən ibarət təxribatçı qrup fevralın 26-da Parisin San-Östaş (Saint-Eustache) kilsəsinə basqın edərək Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş konsertin keçirilməsinə mane olmağa çalışıblar. Onlar kilsədə hay-küy salaraq, kilsənin stullarını aşırdıb, tədbirə gəlmiş qonaqlara qarşı hörmətsiz rəftar ediblər. Polis təxribatçıları kilsədən uzaqlaşdırıb. Təxribatçıların "FRA Nor-Seround" erməni
gəncləri faşist təşkilatının fəalları olduqları güman edilir.