

4 mindən çox şəxs bağça müəllimi üzrə işə qəbul olmaq üçün imtahan verib
İlk dəfə bağça müdirlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək
40 milyona yaxın siqaretin qanunsuz yollarla ölkəyə gətirilməsinin qarşısı alınıb
Rusiyanın Çelyabinsk vilayətində partlayışda 12 nəfər ölüb, 10 nəfər itkin düşüb - YENİLƏNİB-2
16 may
Mayın 21-də Bakıda “Yaxşı İdarəetmə, İnnovasiya və Şəffaflıq” devizi altında Menecment və İnnovasiya Forumu keçiriləcək.
Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının və ölkəmizin aparıcı şirkətlərinin təşkilatçılığı ilə baş tutacaq tədbir “Boulevard” oteldə keçiriləcək.
Forumun məqsədi ölkədə idarəetmənin və menecmentin inkişafına dəstək olmaq, idarəetməyə dair yenilikləri paylaşmaq, şəbəkələşməni inkişaf etdirmək və idarəetmə mövzusuna aid məsələləri müzakirə etməkdir.
Forumda idarəetmə və innovasiya mövzularına aid 2 panel nəzərdə tutulub və bu panellərdə yerli və xarici ekspertlərin çıxışı planlaşdırılıb.
Tədbirdə müəssisə və təşkilat rəhbərləri, sahibkarlar, idarəetmə məsləhətçiləri, gələcək liderlik vəzifəsinə hazırlanan şəxslər iştirak edə bilərlər.
Forumda özəl şirkətlərlə yanaşı, müvafiq dövlət qurumlarından rəsmilər, ümumilikdə 200-dək şəxs iştirak edəcək.