 
                
                
                
             
                
                
                
             
                
                30 Oktyabr 18:52
 
                
                30 Oktyabr 17:33
İran “Telegram”ın fəaliyyətinin bərpası üçün danışıqlara başlayıb
Gürcüstanda keçmiş nazirin evində axtarış aparılıb, müavini saxlanılıb
Zelenski Ukraynada hərbi vəziyyəti fevralın 3-nə qədər uzadıb
“Bu hadisə Azərbaycanın əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır”
Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib
 20 İyun  2019 17:11
20 İyun  2019 17:11 1 344
1 344
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə iki ölkənin sərhədində yerləşən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunu müzakirə edib.
Report-un xəbərinə görə, O.Əsədov deyib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşdırlar, heç kəs bu iki xalqın arasına girə bilməz:
“Yaranan problemlər strateji tərəfdaşlıq ruhunda həllini tapacaq. Hər iki ölkənin iştirakı ilə komissiya yaradılıb. Bu komissiyanın ikinci iclası iyunun sonunda Tblisidə keçiriləcək. Əminik ki, bu komissiya bu məsələlərin lazımi səviyyədə həllini tapması üçün əlindən gələni edəcək. Əminliklə qeyd edirəm ki, heç kəs Azərbaycan və Gürcüstan xalqlarının dostluğunu poza bilməz”.
Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze deyib ki, sərhədin delimitasiya və demarkasiya məsələsi qaydalar çərçivəsində həll edilməlidir:
“Sözsüz ki, mövqeyimiz birdir. Komissiya yaradılıb, məsələ komissiyanın formatı çərçivəsində həll edilməlidir. Müəyyən qüvvələr var ki, onlar bizim əlaqələrimizə xələl gətirmək istəyirlər. Onların bu cəhdləri uğurla bitməyəcək. Biz buna imkan verməyəcəyik. Komissiya sərhədlərin delimitasiya və demarkasiya məsələlərinin üçdə iki hissəsini razılaşdırıb, digər hissəsi də dostluq prinsipləri əsasında həll ediləcək. Bizim əlaqələrimiz dostluğa, qarşılıqlı hörmətə əsaslanır. Məqsədimiz əlaqələrimizi daha da inkişaf etdirməkdir. Xalq arasında əlaqələrin inkişafına böyük əhəmiyyət veririk”.
 
 30 Oktyabr 18:54
30 Oktyabr 18:54 1 218
1 218 30 Oktyabr 18:42
30 Oktyabr 18:42 1 617
1 617 30 Oktyabr 17:24
30 Oktyabr 17:24 1 400
1 400 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .webp) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .webp) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    jpeg-1760094789.jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                    