Ərdoğan BMT-də Qarabağdan danışdı Siyasət

Ərdoğan BMT-də Qarabağdan danışdı

"İllərdir bu kürsüdən bəşəriyyətin taleyinin məhdud sayda ölkənin ixtiyarına verilə bilməyəcəyini deyirəm. Bir daha təkrar edirəm ki, dünya beşdən böyükdür". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən iclasda bildirib.
Ərdoğan zehniyyəti, qurumları və qaydaları dəyişməyin zamanı çatdığını deyib.
Türkiyə prezidenti nüvə gücünə sahib olan ölkələrdən danışıb. O, deyib ki, vüvə gücünə sahib olan ölkələr ilə bu imkanı olmayan dövlətlər arasındakı ədalətsizlik belə tək başaına kainatdakı balansı pozmaq üçün kifayətdir. "Nüvə silahına sahib olanların olmayanaları təhdid etməsi, kütləvi məhv silahlarının tamamilə yox edilmək əvəzinə hər böhranda əldə bayraq kimi ortaya qoyulması bizi də narahat edir. Bu güc ya hər kəs üçün qadağan edilməli, ya da hər kəs üçün əlçatan olmalıdır. Gəlin insanlığın rifahı üçün bu məsələni tezliklə ədalət prinsipləri əsasında həll edək".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunub.
Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən iclasda o bildirib ki, ədalət və hüzurlu gələcək üçün Cənubi Qafqaz dünyanın problemli bölgələri sırasından çıxmalıdır.
R. T. Ərdoğan deyib ki, BMT-nin qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də Ermənistanın işğalı altındadır: “Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir”.