Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
30 Oktyabr 2019 12:46
2 800
“Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü ilk növbədə ölkəmizə yüksək etimadın, beynəlxalq müstəvidə Azərbaycana böyük hörmətin bariz təzahürü idi”.
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətini məhz tarixi Bandunq prinsipləri əsasında qurur: “Tarixi Bandunq prinsipləri də Azərbaycanın xarici siyasət prioritetləri ilə üst-üstə düşür. Tarixi Bandunq Prinsiplərinin bünövrəsində dövlətlərin ərazi bütövlüyü, suverenlik, dövlətlərin və xalqların bir-biri ilə qarşılıqlı hörmət prinsipləri əsasında yaşaması, bir-birinin daxili işlərinə qarışmaması kimi meyarlar dayanır. Prezident İlham Əliyev də Zirvə Görüşünün açılış mərasimində xüsusi ilə bu məqamı qeyd edib. Zirvə Görüşündə qəbul edilmiş Yekun sənədi, Bakı Bəyannaməsi və Azərbaycan xalqına və hökumətinə təşəkkür sənədlərində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin də BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə növbəti ciddi dəstək ifadə olunub. Həmçinin Ermənistanın işğalçılıq siyasəti və güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyi kimi məqamlar da sənədlərdə öz təsbitini və əksini tapıb”.
Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyinə gəlincə, H. Hacıyev qeyd edib ki, dövlət başçısı Zirvə Görüşündə açılış nitqində Azərbaycanın 3 illik fəaliyyəti dövründə prioritetləri ifadə olunub: “Azərbaycan sədrliyi dövründə Bandunq prinsiplərinin təşviq edilməsi və məhz Bandunq prinsipləri əsasında Qoşulmama Hərəkatına üzv dövlətlər arasında qarşılıqlı dəstəyin və dövlətlər arasında həmrəyliyin inkişafına töhfə verəcəyi bildirilib. Azərbaycan bu prinsiplərdən və meyarlardan çıxış edərək Qoşulmama Hərəkatına sədrliyi dövründə öz fəaliyyətini həyata keçirəcək”.
26 Sentyabr 16:03
1 106
26 Sentyabr 14:31
693
26 Sentyabr 14:27
777