YAP siyahısından kənarda qalan YAP-çı deputatlar Siyasət

YAP siyahısından kənarda qalan YAP-çı deputatlar

Yeni Azərbaycan Partiyasının ötən gün deputatlığa namizədlərinin siyahısını açıqlayıb.
YAP 2015-ci ildə 118 dairədən namizəd irəli sürmüşdüsə, hazırda 123 dairəni əhatə edib. Belə ki, YAP yalnız iki dairədən – Naxçıvan və Xankəndidən namizəd irəli sürməyib.
Milli Məclisin buraxılması barədə qərar qəbul edildikdə isə YAP parlamentdə 68 mandata sahib idi. Belə ki, YAP-ın 5 millət vəkili müxtəlif vəzifələrə təyin olunduqlarına görə qanunvericiliyə uyğun olaraq mandatdan imtina etmişdi.
Hazırda YAP-ın deputatlığa namizədliyə təqdim etdiyi 123 nəfərdən 75-i yeni simadır, 48 nəfər isə hazırkı millət vəkilləridir. Beləliklə, YAP parlamentdə olan millət vəkillərindən 20 nəfərin namizədliyini təkrar irəli sürməyib.
YAP-ın namizədliyini irəli sürmədiyi deputatlarını və onların əvəzinə təqdim etdiyi yeni namizədləri dairələr üzrə təqdim edirik:
24 saylı Nizami birinci seçki dairəsi
Rövnəq İbrahim oğlu Abdullayevin (1965-ci il təvəllüdlü) əvəzinə Elnur Elşad oğlu Mustafayev.
27 saylı Sabunçu ikinci seçki dairəsi
Dilarə Məmmədağa qızı Cəbrayılova (1971) əvəzinə Əliabbas Qalib oğlu Salahzadə
29 saylı Səbail seçki dairəsi
Şəmsəddin Hümmət oğlu Hacıyev (1950) əvəzinə Aytən Arif qızı Hüseynova
32 saylı Suraxanı üçüncü seçki dairəsi
Ağacan Qulam oğlu Abıyevin (1937) əvəzinə Afət Əbil oğlu Həsənov
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi
Xanlar Nuru oğlu Fətiyev (1972) əvəzinə Müşfiq Cəfər oğlu Cəfərov
41 saylı Sumqayıt birinci seçki dairəsi
Mirzəcan Mirzəmməd oğlu Xəlilov (1954) əvəzinə Hicran Kamran Hüseynova
54 saylı Şabran-Siyəzən seçki dairəsi
Tahir Süleyman oğlu Süleymanov (1948) əvəzinə Sadiq Haqverdi oğlu Qurbanov
56 saylı Xaçmaz kənd seçki dairəsi
İlham Əlisəftər oğlu Əliyev (1967) əvəzinə Kənan Zeynal oğlu Mərdanov
57 saylı Kürdəmir seçki dairəsi
Müslüm Mürsəl oğlu Məmmədov (1980) əvəzinə Nizami İsməli oğlu Qəribov
59 saylı Salyan seçki dairəsi
Əliağa İzzət oğlu Hüseynov (1946) əvəzinə Rəşad Əzizağa oğlu Hacıyev
61 saylı Neftçala seçki dairəsi
Arif Qafar oğlu Rəhimzadə (1941) əvəzinə Gültəkin Zakir qızı Sadıqova
63 saylı Sabirabad birinci seçki dairəsi
Elçin Bəybala oğlu Quliyev (1960) əvəzinə Kamal Xaqani oğlu Cəfərov
68 saylı Cəlilabad kənd seçki dairəsi
Mirkazım Məhəmməd oğlu Kazımov (1950) əvəzinə Elman Xudum oğlu Nəsirov
70 saylı Masallı şəhər seçki dairəsi
Nəriman Əlibaba oğlu Əliyev (1968) əvəzinə Məşhur Sadıq oğlu Məmmədov
79 saylı İmişli seçki dairəsi
Əsabil Qarakişi oğlu Qasımov (1955) əvəzinə Nazim Abdulrəhim oğlu Əzimov
84 saylı Füzuli seçki dairəsi
Bahar Əvəz qızı Muradova (1962) əvəzinə Svetlana Gəray qızı Məmmədova
99 saylı Şəmkir kənd seçki dairəsi
Sona Sakit qızı Əliyevanın (1980) əvəzinə Nurlan İrfan oğlu Həsənov
104 saylı Gədəbəy-Tovuz seçki dairəsi
Rafiq Musa oğlu Məmmədhəsənov (1945) əvəzinə Elnarə Səməndər qızı Məhərrəmova
113 saylı Şəki şəhər seçki dairəsi
Yaqub Mikayıl oğlu Mahmudov (1939) əvəzinə Vüqar Yapon oğlu İsgəndərov
123 saylı Kəlbəcər seçki dairəsi
Cavid Qənbər oğlu Qurbanov (1958) əvəzinə Aqil Sadiq oğlu Məmmədov.