24 Yanvar 2020 16:13
2 226
“Azərbaycanda formalaşacaq parlamentdən islahatların həyata keçirilməsində və qarşıda duran vəzifələrin icrasında daha keyfiyyətli dəyişikliklər gözləyirəm”. Bunu secki-2020.az saytına açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova nümayəndəliyinin direktoru, tanınmış hüquqşünas Aurelia Qriqoriu deyib. Onun sözlərinə görə, istənilən dövlətin inkişafında qanunverici orqanın keyfiyyətinin mühüm əhəmiyyəti var: “Azərbaycan Prezidentinin fəaliyyəti çox perspektivlidir və necə deyərlər, zamanı qabaqlayır. Bu mənada parlamentin də fəaliyyəti ölkənin qarşısında duran vəzifələrə uyğun olmalıdır”. Aurelia Qriqoriu yeni formalaşacaq parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək mütərəqqi və yaradıcı insanların yer alacağına ümid etdiyini söyləyib.
25 İyul 15:36
952
25 İyul 14:04
1 001
24 İyul 21:05
1 141