“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
16 Mart 2020 11:27
2 786
Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində 212 yaşayış məntəqəsinin adı dəyişdirilərək erməniləşdirilib.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və Kartoqrafiya MMC”nin direktor müavini Müqabil Bayramov deyib.
Onun sözlərinə görə, erməniləşən coğrafi adlar Ermənistan tərəfindən hazırlanan “Dağlıq Qarabağ” atlasında qeyd edilib.
M.Bayramov əlavə edib ki, ermənilər bununla yanaşı, tarixi Azərbaycan ərazisində olan 112 hidronimləri dəyişdirərək erməniləşdiriblər. Ümumilikdə isə ermənilər qədim dövrdən indiyədək qədim Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində olan 500-ə yaxın yaşayış məntəqəsinin adını dəyişdiriblər:
“Ermənilər Azərbaycan toponimlərinə sanki hücum ediblər. Bir misal deyim ki, hazırda Ordubad rayonunda olan Nəsirvaz kəndinin qədim erməni kəndi olduğunu iddia edirlər. Lakin 1847-ci ildə ruslar tərəfindən Tiflisdə Əlahiddə Qafqaz korpusunun Baş Qərargahında 1:420 000 miqyasında “Кавказскаго края” adlı xəritə hazırlanıb ki, həmin xəritədə bu kəndin adı açıq-aydın Nəsirabad yazılıb.
M.Bayramov Azərbaycanın coğrafi adlarının düzgün təqdim edilməsi üçün “Ermənistan ərazisində Azərbaycan toponimləri xəritəsi” və “Azərbaycan hidronimləri xəritəsi”ni alimlərlə birlikdə hazırlayıb nəşr ediblər:
"Müəssisəmizdə nəşr edilən “Azərbaycanın tarixi atlası”, “Azərbaycan Səfəvilər dövləti (XVI əsr)” , “Qafqaz 1903-cü il” və digər tarixi xəritələrimizə baxdıqda bu toponimlərin Azərbaycan mənşəli olduğu aydın görünür. Misal üçün, “Qafqaz 1903-cü il” xəritəsində qədim Azərbaycan adları Karvansaray (Razdan), Yeni Bəyazid (Kəvər), Sərdarabad(Armavir ), Qəmərli (Artaşat), Molla Dursun (Şaumyan), Aşağı Qaranlıq (Martuni), Basarkeçər (Vardenis), Soylan (Vayk), Gözəldərə (Vanadzor), Hamamlı (Spitak), Dərəçiçək (Saxkadzor) və s. aydın göstərilib".
2 Noyabr 18:46
1 162
2 Noyabr 11:24
1 344
1 Noyabr 17:13
1 771