Elmar Məmmədyarovdan Uels açıqlaması Siyasət

Elmar Məmmədyarovdan Uels açıqlaması

"Prezidentlərin görüşündə böyük sülh sazişinin imzalanmasının zəruriliyi vurğulanıb"

"Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında bu yaxınlarda Uelsdə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi üzrə böyük sülh sazişinin imzalanmasının zəruriliyi vurğulanıb".
Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdə danışıqlar prosesi ilə tanış olub və yeni addımların mümkünlüyünü öyrənib.
E.Məmmədyarov qeyd edib ki, Azərbaycanın mövqeyi sadədir: "Bakı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edir, çünki bu cür vəziyyət ölkə üçün qəbuledilməzdir".
Nazir bildirib ki, sentyabrın sonunda Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək: "Bu görüşə hazırlaşmaq üçün ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ayın sonunadək regiona səfər edəcək".