

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək
Qanunsuz qumar oyunlarının reklamına görə 5 fiziki şəxs barəsində protokol tərtib edilib
Orban: Ukraynanı tərəfdaş kimi görmək istəyirik, Aİ üzvü kimi yox
4 mindən çox şəxs bağça müəllimi üzrə işə qəbul olmaq üçün imtahan verib
ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində ABŞ bayrağının Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirdiyi üçün mərkəzə minnətdarlıq ifadə olunub.
“Biz ABŞ bayrağını möhtəşəm memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirdiyi üçün mərkəzə öz minnətdarlığımızı bildiririk. Belə çətin zamanda bu, ABŞ-la Azərbaycan arasındakı həmrəyliyin və iki millət arasında olan dostluğun nümunəsidir. Biz birlikdə Covid-19 pandemiyasına qalib gələcəyik!”, - deyə qeyd olunub.
Xatırladaq ki, COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.
Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.