20 Aprel 2020 16:44
2 562
Avropa İttifaqının (Aİ) Xarici İşlər nazirləri COVİD-19 pandemiyası fonunda "Şərq Tərəfdaşlığı" siyasətini müzakirə edəcəklər.
Müzakirə aprelin 22-də videokonfrans formatında baş tutacaq.
Eyni zamanda, nazirlər hazırkı beynəlxalq siyasi vəziyyəti, COVİD-19 pandemiyasına qarşı cavab tədbirləri və Liviyadakı son vəziyyət ətrafında da müzakirə aparacaqlar.
Videokonfransa sədrliyi Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell edəcək.
16:58
532
16:49
546
16:39
616