London danışıqları davam etdirməyə çağırır Siyasət

London danışıqları davam etdirməyə çağırır

London Ermənistan və Azərbaycan prezidentlərini regionda sülhə və sabitliyə nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarının formatına sadiq qalmağa çağırır.
"Novosti-Armeniya" saytının məlumatına görə, bu barədə jurnalistlərə Böyük Britaniyanın Ermənistandakı səfiri Ketrin Ceyn Liç bildirib.
Səfir mətbuat konfransında bildirib: "Ümid edirəm ki, ölkələr sülhə nail olmaq üçün düzgün və ədalətli danışıqlar apara biləcəklər, çünki bunu həm Ermənistan, həm də Azərbaycan xalqı gözləyir".
Onun sözlərinə görə, hər iki xalqı sülhə hazırlamaq vacibdir.