Bəşər Əsəd Suriyadan qaçdı – Təcili
6 Dekabr 23:11
6 Dekabr 23:11
6 Dekabr 20:16
6 Dekabr 19:13
Misirin “Youm7”, “Aldiplomasy” nəşrləri və “Asiyaelyoum” informasiya agentliyi Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı Azərbaycanın bu ölkədəki səfirliyinin bəyanatını yayıblar.
Bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutduğu qeyd olunur.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadla Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə düşməni geri oturtduğu diqqətə çatdırılan bəyanatda həlak olmuş şəhidlərimizə başsağlığı verilir.
Bəyanatda Misir ictimaiyyətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri barədə məlumat verilir. Qeyd olunur ki, 1988-ci ildən başlayan münaqişənin səbəbi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarıdır. 1992-ci ildən etibarən Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, yeddi rayonunu da işğal edib, bir milyondan çox azərbaycanlı öz doğma yurdlarından didərgin salınıb, on minlərlə insan qətlə yetirilib, şəhərlər və kəndlər viran qoyulub. 1994-cü ildən münaqişə tərəfləri arasında atəşkəs elan edilsə də, Ermənistan ATƏT-in Minsk qrupunun himayəsi ilə aparılan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir və davamlı olaraq atəşkəsi pozur. Eyni zamanda, işğal olunmuş Azərbaycan torpaqlarının dərhal azad edilməsi və işğalçı Ermənistanın qoşunlarının həmin əraziləri tərk etməsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də yerinə yetirilmir.