
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Qüdrət Həsənquliyev: “Ümid edirəm Azərbaycan hökuməti torpaqlarımızı işğaldan azad etmək üçün ciddi qərarlar qəbul etməyin vaxtının çatdığının fərqindədir”
Öncə şəhidlərimizin ailə üzvlərinə və xalqımıza dərin hüznlə başsağlığı verir, yaralıların sağlması üçün Allaha dua edirəm.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında belə deyib.
Ermənistanın Tovuz istiqmətində sərhəddə törətdiyi təxribatlara münasibət bildirən Qüdrət Həsənquliyev təxribatın məqsədyönlü xarakter daşıdığını vurğulayıb: “Təxribat barədə onu deyə bilərəm ki, biz mənfur bir düşmənlə üz-üzəyik. Ermənistan Azərbaycanla sərhəddə bu təxribatı törətməklə həm Kollektiv Təhlükəsizlik Müqvaviləsi Təşkilatını bu münaqişəyə cəlb etmək, həm də diqqəti daxildəki qarşıdurmadan yayındırmaq istəyir. Paşinyan xalq arasında dayaqlarını sürətlə itirdiyindən bu təxribatı sanksiyalaşdıra bilər. Amma təxribatın ordu daxilindəki Qarabağ klanına bağlı narazı qüvvələr tərəfindən təşkil olunduğunu da istisna etmək olmaz. Bu təxribat böyük miqyaslı döyüşlərə başlamazdan əvvəl Ordumuzun döyüş qabiliyyətini yoxlamaq üçün kəşfiyyat xarakterli əməliyyat da ola bilər. Amma kimin tərəfindən və hansı məqsədlə törədilməsindən asılı olmayaraq, Azərbaycan Ordusu bu təxribata yaxın günlərdə daha ağır zərbə ilə cavab verməlidir. Ümid edirəm Azərbaycan hökuməti torpaqlarımızı işğaldan azad etmək üçün ciddi qərarlar qəbul etməyin vaxtının çatdığının fərqindədir”.