AAYDA-nın tunel tikintisi metroda xətlərin ayrılması layihəsində dəyişikliklərə səbəb olub
Ermənistan XİN: Yaxın zamanda Azərbaycanla sülh müqaviləsi imzalamağa ümid edirik
Ceyhun Bayramov Çin XİN rəhbəri ilə regional və beynəlxalq məsələləri müzakirə edib - YENİLƏNİB
İfşa olunmamaq üçün oğurluq etdikləri evlərin kameralarını sındıran şəxslər saxlanıldı - VİDEO
21 İyul 2020 14:59
1 463
Türkiyənin Avstraliyadakı səfirliyi bu ölkədə yaşayan ermənilərin bir neçə gün bundan əvvəl Azərbaycan səfirliyinə qarşı törətdiyi vandalizm aktını kəskin pisləyib.
AZƏRTAC xəbər verir ki, Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatdan sonra Avstraliyada yaşayan ermənilər tərəfindən Azərbaycanın bu ölkədəki səfirliyinə qarşı vandalizm aktı törədilib.
Türkiyənin Avstraliyadakı səfirliyi internet resurslarında ermənilərin bu təxribatını Ermənistan dövlətinin təcavüzünün növbəti nümunəsi olduğunu açıqlayaraq, Azərbaycan səfirliyinə edilən hücumu ən sərt şəkildə qınadığını açıqlayıb. Qardaş ölkənin paytaxt Kanberradakı səfirliyi açıqlamasında Türkiyənin bütün imkanları ilə Azərbaycanı dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Bununla yanaşı, Türkiyə səfirliyinin diplomatları Azərbaycan səfirliyi ilə əlaqə saxlayıblar. Türkiyənin Avstraliyada hərbi attaşelik aparatının təmsilçiləri və Daxili İşlər Nazirliyinin nümayəndəsi Azərbaycan səfirliyini ziyarət edərək öz dəstəklərini ifadə ediblər.
Türkiyə səfirliyi tərəfindən göstərilmiş dəstək və diqqətə görə minnətdarlığını ifadə edən Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov ölkələrimizin hər zaman bir-birinin yanında olacağını əminliklə vurğulayıb.
