21 Fevral 17:42
21 Fevral 14:58
Azərbaycanda 19 dərəcəyədək isti müşahidə olunub - FAKTİKİ HAVA
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Araqçi və Qrossi ABŞ-la danışıqların irəliləməsi üçün dialoqun vacibliyini vurğulayıblar
Avstraliya İŞİD-lə əlaqəli şəxslərin ailələrinin geri qaytarılması barədə yeni məlumat yayıb
Rusiya Kiyev və vilayəti kütləvi şəkildə atəşə tutub, evlər yanır
30 İyul 2020 15:04
1 456
Prezident İlham Əliyev Qəbələ rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Qəbələ rayonunun əhalisi 14880 nəfər olan 10 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700,0 (yeddi yüz) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
11:45
1 001
21 Fevral 11:45
6 020
20 Fevral 20:14
4 816