Eynulla Fətullayevdən “Azadlıq” radiosuna ittiham Siyasət

Eynulla Fətullayevdən “Azadlıq” radiosuna ittiham

"Xədicə niyə bu xəbəri Azərbaycandan gizlədir? Haydı, danışın da!!!"

Jurnalist Eynulla Fərullayev "Azadlıq" radiosunun Bakı bürosunu və adıçəkilən radio ilə əməkdaşlıq edən Xədicə İsmayılı ifşa edən fikirlər irəli sürüb.
Eynulla Fətullayev Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerin Təəhqiqatçı jurnalistlərin Beynəlxalq Konsorsiumu tərəfindən aparşdırılaraq onun barəsində ciddi faktların ortaya çıxarıldığını bildirib və xatırladıb ki, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayıl da adıçəkilən Konsorsiumun üzvü olmasına rəğmən, çalışdığı media orqanında bu barədə heç bir informasiya verməyib: "Jurnalist Xədicə İsmayılın da üzv olduğu Tahqiqatçı jurnalistlərin Beynəlxalq Konsorsiumu Avropa Komissiyasının prezidenti Yunkerlə bağlı ciddi faktlar ortaya qoyub. Prezident təpədən dıranağa qədər zibilin içindədir. Xədicə niyə bu haqda yazmır? "Azadlıq" radiosu niyə bu xəbəri Azərbaycandan gizlədir? Haydı, danışın da!!!".
Xatırladaq ki, artıq üzün müddətdir Avropanın digər sıra araşdırmaçı jurnalistlər təşkilatları Avropa Komissiyasının prezidentini müxtəlif ittihamlarla tənqid edirlər. Onlar Jan-Klod Yunkerin çalışdığı dairədə siyasi korrupsiya əməllərinə və sifarişlər həyata keçirməsi barədə məlumatlı olduqlarını bildiriblər.