Makron Ukraynaya HHM üçün önləyici raketlərin veriləcəyini elan edib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
“İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlanıb
16 avtobus marşrutu “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönləndiriləcək
2 Oktyabr 2020 19:03
2 807
Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporu Ermənistan dövlətinin son hərbi təxribatları ilə bağlı bəyanatlar yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatlarda deyilir ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq bütün cəbhə boyu Azərbaycanın mülki və hərbi obyektlərinə intensiv surətdə artilleriya zərbələri vurması nəticəsində mülki vətəndaşlar və hərbçilər arasında itkilər var. Cəbhəyanı bölgədə mülki infrastruktura, yaşayış məntəqələrinə və hərbi obyektlərə böyük ziyan dəyib ki, bu da beynəlxalq humanitar hüququn kobud surətdə pozulması deməkdir.
Bəyanatlarda, həmçinin dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çağırış edilmiş, regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətinin işğal edilmiş Azərbaycan torpaqlarından dərhal qeyd-şərtsiz çıxarılmasına təsir göstərilməsi istənmişdir.
16:13
511
15:06
658
15:06
644
